24 Oktyabr 2017 09:34
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Alagöz hərbi poliqonlarında Rusiya Silahlı Qüvvələrinin iki əsgəri ölüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, müddətdən artıq xidmətdə olan hərbi qulluqçu təhlükəsizlik tələblərini pozaraq ona təhkim olunmuş silahdan əsgər yoldaşına atəş açıb, sonra isə intihar edib.

Faktla bağlı araşdırmalara başlanıb.


Müəllif: Samir