24 Oktyabr 2017 11:20
2 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arazın çirklənməsi xərçəng xəstəliyinə səbəb olur.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Parsabad və Biləsuvarın İran parlamentindəki millət vəkili Şəkur Purhüseyni deyib:

“Çox təəssüflər olsun ki, əyalətin şimal bölgəsində həzm sistemi xərçəngi getdikcə artır. Araz çayında olan böyük həcmdə ağır metallar Ermənistan sənaye müəssisələrindən birbaşa bu çaya axıdılan çirkab suları ilə bağlıdır və bölgədə xərçəng xəstəliyi hallarının artmasının bu səbəbdən qaynaqlandığı ehtimal olunur.

Uzun illərdir Ermənistan ərazilərindən təmizlənmədən birbaşa Araz çayına axan məişət tullantıları və sənaye müəssisələrinin çirkab suları sərhədyanı şəhər və kəndlərdə ətraf mühitə ciddi ziyan vuraraq bölgədə bir çox xəstəliklərə gətirib çıxarır. Bu barədə yerli əhali və bir sıra rəsmi şəxslər dəfələrlə xəbərdarlıq etsələr də, İran rejimi Ermənistanla olan siyasi, hərbi və iqtisadi əməkdaşlığı nəzərə alaraq bu məsələyə göz yumub”.


Müəllif: Samir