24 Oktyabr 2017 12:54
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ rəhbərliyi Rusiyanın San-Fransiskodakı baş konsulluğundan beynəlxalq qanunları pozaraq, götürdüyü arxiv sənədlərini geri qaytarıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı baş konsulluğun rəsmi Feysbuk hesabında məlumat yerləşdirilib.

Məlumatda qeyd edilir ki, sənədlərin qaytarılma prosesi zamanı rusiyalı nümayəndələr konsulluq binasına buraxılmayıb:

“Bildirmək istərdik ki, arxiv sənədləri toxunulmazdır və heç bir zaman konsulluq binasından kənara çıxarıla bilməz. Ancaq Vaşinqton bütün beynəlxalq qanunları pozaraq arxiv sənədlərini konsulluqdan götürmüşdü”.


Müəllif: Samir