24 Oktyabr 2017 14:38
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin tərəfdarları Ukraynada hərbi çevriliş hazırlayır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Ukraynanın Baş prokuroru Yuri Lutsenko deyib.

O bildirib ki, Saakaşvili tərəfdarlarının bu istəyi ürəyində qalacaq və Kiyev rəhbərliyi buna heç vaxt imkan verməyəcək:

“Azad toplaşmaq haqqında qanun hərbi çevriliş hazırlamağa əsas vermir. Onlar silah gücünə çevriliş etmək istəyirlər. Qətiyyətlə bildirirəm ki, siz bunu bacarmayacaqsız”.

Qeyd edək ki, Saakaşvilinin tərəfdarları oktyabrın 17-dən etibarən Ali Rada önündə etiraz aksiyalarına başlayıb. Onlar deputatların toxunulmazlığının ləğvini, anti-korrupsiya məhkəməsinin yaradılmasını və seçki qanununda dəyişiklik edilməsini tələb edirlər.


Müəllif: Samir