24 Oktyabr 2017 15:23
1 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Kürd Muxtariyyəti qondarma referendumdan sonra ölkədə keçiriləcək parlament və prezident seçkilərinin vaxtını açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İraq Kürd Muxtariyyəti parlamentinin bugünkü iclasında qərar verilib.

Qərara əsasən, noyabrın 1-nə planlaşdırılan, daha sonra İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani tərəfindən təxirə salınan seçkilər 8 ay sonra, yəni 2018-ci ilin iyununda keçiriləcək.

Seçkilərin həmin tarixdə baş tutub-tutmayacağı sual altındadır.


Müəllif: Samir