1 Noyabr 07:36
111

Danimarkanın paytaxtı Kopenhagen şəhərinin Nyorrebro mikrorayonunda silahlı insident baş verib.

Teleqraf.com xəbər verir ki, atışma nəticəsində 1 nəfər ölüb, iki nəfər yaralanıb.

Polisin məlumatında qeyd olunur ki, yaralılardan biri ağır vəziyyətdədir. Atışmanın hər üç iştirakçısı kriminal qruplaşmalar ilə əlaqəlidirlər.


Müəllif: Teleqraf.com