1 Noyabr 2017 11:05
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu York şəhərində baş verən terror hücumuna baxmayaraq, Halloven (Cadugərlər bayramı) ləğv edilməyib.

Teleqraf.com xarici mediaya istinadən bildirir ki, terror aktından əvvəl hər kəs Halloven bayramı ilə əlaqədar təşkil olunacaq yürüşün həyəcanını yaşayırdı. Hücumdan sonra hakimiyyət orqanları yürüşün ləğv edilmədiyini bildiriblər. Şəhər sakinləri Halloven bayramına qatılıblar.

Tədbirlə əlaqədar polis qüvvələrinin təhlükəsizlik tədbirləri görüb.

Amerikalılar bu il 44-cü dəfə təşkil edilən bayram tədbirinə bir-birindən maraqlı maska, makiyaj, kostyum və fərqli rəqsləriylə qatılıblar. Cizgi filmi və nağıl qəhrəmanlarının, tanınmış şəxsiyyətlərin, hətta, ABŞ Prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Çen İnin obrazında olan iştirakçılar öz qeyri-adi görünüşləri ilə tədbiri rəngləndiriblər.


Müəllif: Fidan Rzayeva