1 Noyabr 2017 13:25
1 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili “Rustavi-2” telekanalına müsahibə verib.

Teleqraf.com xəbər verir ki, o, Ukraynanın hazırki hökumətinin onu həbs edib, Gürcüstana təhvil verəcəyi ilə bağlı ehtimalların az olduğunu deyib:

“Mənim Kiyevdə həbs olunacağımla bağlı səsləndirilən fikirlər ağ yalandır. Onların buna gücü çatmaz. Şevardnadzenin dövründə Gürcüstanda olduğu kimi hazırda Ukrayna iqtisadiyyatı çökmək üzrədir. Onlar ancaq məni oğurlayıb, gizlincə Gürcüstana göndərə bilərlər. Bu isə Ukraynada çevrilişə səbəb ola bilər”.


Müəllif: Samir