1 Noyabr 2017 19:02
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Mixail Zabelin bu gün Moskvada Pedaqoji Dövlət Universitetinin yaradılmasının 145 illiyi ilə əlaqədar tədbirdə, ə noyabrın 2-də isə Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi daimi komissiyasının iclasında iştirak etmək üçün Rusiyaya səfər edib.

Teleqraf.com xəbər verir ki, Moskva Pedaqoji Dövlət Universitetinin yaradılmasının 145 illiyi ilə əlaqədar Kreml Sarayında keçiriləcək yubiley tədbirində Mixail Zabelinin tələbələr qarşısında çıxışı, həmçinin Ali Attestasiya Komissiyasının rəhbəri ilə görüşü nəzərdə tutulub.

MDB Parlamentlərarası Assambleyasının Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi daimi komissiyasının Sankt-Peterburqda keçiriləcək iclasında isə “Strateji proqnozlaşdırma və planlaşdırma sənədləri haqqında”, “Dövlət mülki və bələdiyyə qulluğu haqqında” model qanun layihələri, həmçinin MDB iştirakçısı olan ölkələr üçün model Seçki Məcəlləsi layihəsi, MDB ölkələri parlamentləri deputatlarının statusu haqqında qanunvericiliyin təkmilləşdirilməsinə dair tövsiyələr, dövlət quruculuğu və yerli özünüidarəetmə sahəsində qanunların hazırlanması zamanı istifadə olunan terminlər lüğətinin hazırlanması vəziyyəti və digər mövzularda müzakirələr aparılacaq.


Müəllif: Cavad