2 Noyabr 2017 13:54
1 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Kərkük neftinin Ceyhan limanı vasitəsilə ixracının yenidən başlanması üçün Türkiyə ilə danışıqlar aparıldığını bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İraqın Neft naziri Cabbar əl-Laibi deyib.

O bildirib ki, məsələ ilə bağlı hələlik heç bir razılaşma əldə olunmayıb.

Nazirin sözlərinə görə, hazırda Kərkükdə neft ehtiyatlarının həcmi 13 milyard barreldir: “Bu isə İraqın neft ehtiyatlarının 12 faizi deməkdir”.

Bu arada, İraq Ticarət nazirinin müavini Salman əl-Cəmili Türkiyənin bu ölkədəki səfiri Fatih Yıldırla Bağdadda görüşüb. Görüş zamanı Türkiyə şirkətlərinin İraqın terrorçulardan azad olunmuş bölgələrində məktəb və xəstəxanalar inşa etməsi ilə bağlı razılıq əldə edilib.

Qeyd edilir ki, İŞİD-dən azad edilən bölgələrin yenidən qurulması üçün 100 milyon dollardan çox vəsait tələb olunur.


Müəllif: Samir