2 Noyabr 15:59
159

Barəsində həbs qərarı çıxarılan Pakistanın sabiq baş naziri Nəvaz Şərif ölkəsinə qayıdıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Şərif Pakistana məhkəmədə ifadə vermək məqsədi ilə gəlib.

Qeyd edək ki, Nəvaz Şərifə qarşı korrupsiya ittihamı irəli sürülüb. O, bundan əvvəl keçirilən 2 məhkəmə prosesində iştirak etmədiyi üçün barəsində həbs qərarı çıxarılıb. Pakistan qanunlarına görə, Şərif təzminat ödəməklə həbs qərarını ləğv edə bilər.

Şərifin proseslərdə iştirak etməməsinə səbəb isə həyat yoldaşının Londonda müalicə olunması və bu məqsədlə İngiltərəyə getməsi olub.


Müəllif: Samir