2 Noyabr 2017 23:28
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kataloniya lideri Karles Puçdemon başda olmaqla separatçıların 13 nümayəndəsinin barəsində axtarış elan edə bilər.

Teleqraf.com xəbər verir ki, İspaniyanın Ali Məhkəməsinin sədri Karlos Lesmes Puçdemon və digərlərinin barəsində cinayət işi açıldığını, onların istintaqa cəlb edilməsi üçün həbs qərarı verildiyini bildirib: "Hakimin ifadə vermək üçün məhkəməyə dəvət etdiyi şəxs bundan imtina edərsə onun barəsində həbs qərarı çıxarılar".

K.Puçdemonun barəsində Avropa miqyasında axtarış qondarma hökumətin dörd keçmiş üzvünün ifadəsindən sonra elan ediləcək.

K.Puçdemon məhkəməyə gəlməyəcəyini bildirib. O, hazırda Belçikaya sığınıb. Katalonların lideri bildirib ki, əgər rəsmi Madrid təhlükəsizliyinə təminat verərsə ölkəyə qayıda bilər.

Muxtar Kataloniya vilayətində oktyabrın 1-də keçirilmiş qanunsuz referenduma qatılanların 90 faizindən çoxu bölgənin müstəqil dövlət elan olunmasına tərəfdar çıxıb. Bu nəticələri əsas tutan Kataloniya parlamenti oktyabrın 27-də bölgəni müstəqil dövlət elan edib.

Oktyabrın 28-də rəsmi Madrid Kataloniya hökumətini və parlamentini buraxıb, idarəçilik səlahiyyətlərinin mərkəzi orqanlara ötürülməsi, dekabrın 21-də vilayətdə yeni parlament seçkisinin keçirilməsi barədə qərar çıxarılıb.

Vilayətin başçısı Karles Puçdemont da vəzifədən azad edilib. Kataloniyaya rəhbərlik baş nazirin birinci müavini Sorayya Saensə həvalə olunub.


Müəllif: Ruslan Xəlil