3 Noyabr 2017 00:45
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da uşaqlara cinsi təcavüz edənlərin cinayətləri pasportlarına yazılacaq.

Teleqraf.com xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyindən verilən məlumata görə, uşaq təcavüzkarlarının mövcud pasportları ləğv ediləcək. Onlar cinayət əməllərilə bağlı bilgilərin yer aldığı pasporta sahib olmaq üçün yenidən müvafiq quruma müraciət etməlidirlər.

Uşaqlara qənim kəsilənlərin kimliklərinin arxasına "Hamilə və azyaşlılara qarşı cinsi təcavüzə görə məhkum edilib. ABŞ qanunlarına əsasən cinsi xarakterli cinayət törədənlər kateqoriyasında yer alır", ifadələri qeyd olunacaq.

Damğalı pasportları olacaq şəxslərin digər hüquqları məhdudlaşdırılmayacaq.


Müəllif: Ruslan Xəlil