2 Noyabr 01:26
43

“Disney” texnologiya şirkəti uşaqlarla oynamaq üçün avtonom robot yaradıb.

Publika.az xəbər verir ki, “Cimmi” adlı robot malik olduğu yumor hissi sayəsində uşaqlarla daha yaxşı ünsiyyət saxlayacaq və texnologiya ilə insan arasında yeni növ əlaqə quracaq.

Robotun yumaor hissi ilə yanaşı, rəqs etmək, barabanda ifa etmək kimi xüsusiyyətləri də mövcuddur. Ötürücü vasitəsilə verilən xüsusi maye ilə işləyən robotun daxili hava və sudan ibarətdir. İlk prototip idarəetmə pultu ilə işləsə də, gələcək modellərin avtonom olacağı gözlənilir.

“Cimmi” “Disney” şirkətinin təqdim etdiyi ilk robot olmasa da, şirkət nümayəndələri bu məhsulun ən uğurlu layihələrdən biri olacağını bildirib.


Müəllif: Teleqraf.com