3 Noyabr 2017 03:24
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

2006-cı ildən 2017-ci ilə qədər dünyada 930-a yaxın jurnalist öldürülüb, minlərlə başqası zorakılıq və təzyiqlərə məruz qalıb.

Bunu cümə axşamı BMT-nin baş katibi Antoniu Quterriş jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlığa son qoyulması Beynəlxalq günü münasibəti ilə bağlı müraciətində deyib.

"2006-cı ildən 2016-cı ilədək 930 jurnalist və mətbuat işçisi öldürülüb. Minlərlə başqası müntəzəm olaraq cinsi zorakılığa, təzyiqlərə, saxlanılma və sərt davranışa məruz qalır", - deyə Quterriş bildirib.

Onun sözlərinə görə, jurnalistlərə qarşı törədilmiş cinayətlər çox vaxt cəzasız qalır.

"10 hadisədən 9-da təqsirli şəxslər məsuliyyətə cəlb olunmur", - deyə baş katib əlavə edib.

/Report.az/


Müəllif: Teleqraf.com