3 Noyabr 2017 21:02
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna təhsilində 4 elm sahəsi bir fəndə birləşdiriləcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ukraynanın Elm və təhsil naziri Liliya Qrineviç danışıb.

Nazirin sözlərinə görə, humanitar sahəni seçən yuxarı sinif şagirdləri üçün fizika, kimya, biologiya və coğrafiya birləşdirilərək bir fənn kimi tədris olunacaq: "Mütərəqqi dünya təcrübəsində təbiət elmləri dünyanın vahid mənzərəsini təqdim etmək üçün birləşirilir, bununla insanlar dünyanı bir nəzər nöqtəsindən dərk edə bilirlər".

Bu addımın nə zaman tətbiq olunacağı barədə nazir konkret söz deməyib.


Müəllif: Mahir