4 Noyabr 2017 13:14
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın cənub-şərqində yerləşən Ubari şəhərindən bir qrup silahlı iki türk və bir Cənubi Afrika təhlükəsizlik işçisini oğurlayıb.

Teleqraf.com xəbər verir ki, hadisə dünən baş verib.

ENKA İnşaat Şirkəti bəyan edib ki, Liviyadakı 3 əməkdaşı tikinti sahəsindən kənarda olarkən qaçırılıb. Hazırda şirkət Liviya və Türkiyə səlahiyyətliləri ilə sıx təmasdadır.

Qaçırılan türklərin adları açıqlanmayıb. Liviya mətbuatı isə bəyan edib ki, Simens şirkəti üçün çalışan bir alman mühəndis də oğurlanıb.


Müəllif: Cavad