4 Noyabr 2017 17:10
1 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatları İraq və Suriyada 7 dövlət yaratmağı planlayır.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Suriyanın müxalifət komandirlərdindən biri “Yeni Şəfəq” qəzetinə deyib.

Onun sözlərinə görə, ABŞ 2018-ci ilin ikinci yarısında İraq və Suriyada 7 ayrı dövlət qurmağa hazırlaşır və bu bölgəni böyük fəlakətə sürükləyir.

1991-ci ildə İraqa, 2013-cü ildə isə Suriyaya müdaxilə edən ABŞ peşmərgə və PKK-nı leqallaşdırmaq üçün hər iki ölkədə 7 dövlət yaratmaq istəyir: "ABŞ bizə də işbirliyi təklif etdi və "sünnilər daha aktiv olmalıdır, yoxsa daha çox zərər çəkmiş olacaqlar" dedi”.

Suriyalı komandir həmçinin Türkiyənin Afrin bölgəsi başda olmaqla Tel Abad və Munbicə bölgələrinə nəzarət etməli olduğunu, əks halda ABŞ-in bölgəni geri dönməz bir uçuruma sürükləyəciyini bildirib.


Müəllif: Aytən Yaşar