4 Noyabr 2017 12:47
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq rəhbəri Dəniz Baykalın həkimi onun səhhəti ilə bağlı açıqalama verib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, professor Ərkan İbiş açıqlamasında Dəniz Baykalın səhhətində irəlləyişlər olduğunu bildirib.

O, qeyd edib ki, 19 gündür Ankara Üniversiteti Xəstəxanasında reanimasiyada müalicə alan Dəniz Baykalın sağalması aylarla çəkə bilər: “Əllərini, qollarını rahatlıqla tərpədə bilir. Uğurlu nəticə almağa ümidliyik. Ancaq Dəniz Baykalın sağalması aylar çəkə bilər. Umidli bir irəlləyiş var. Sevindirən nəticə əldə edirik”.


Müəllif: İlhamə Əbülfət