4 Noyabr 14:54
452

Alman polisi Çexiyada hərbi təlim keçmiş qatı millətçi “Combat 18” qrupunun 12 üzvünü ölkəyə daxil olan zaman həbs edib.

Teleqraf.com xəbər verir ki, bu haqda məlumatı “Suddeutsche Zeitung” qəzeti yayıb.

Almaniyada bilindiyindən daha çox üzvü olduğu təxmin edilən “Combat 18” qrupunun üzvləri ölkədə sentyabrın 24-də keçirilən Bundestaq seçkiləri günü həbs ediliblər. Ancaq bu haqda mediaya məlumat verilməyib.

“Combat 18” qrupunun internet səhifəsində bu sözlər yer alıb: “Nasist sosialistlər olaraq vəzifəmiz və çətinliklərimiz bəllidir. Nasist sosializmin məqsədi irqimiz üçün savaşmaqdır”.

Polis bu qrupun üzvlərini Bayern əyalətində həbs edib. Alman kəşfiyyatı xəbəri həbsdən 2 gün sonra hökumətə bildirib. Ölkənin 16 federal əyalətinin ən azı 7-də “Combat 18”in aktiv olduğu və təşkilatlanmağa çalışdığı deyilir.

Bu qrupun adında qeyd edilən 18 rəqəmi əlifbanın birinci və səkkizinci sırasında A və H hərfləri birləşdirir ki, bu da Adolf Hitlerin baş hərflərini təmsil edir.

“Combat 18” isə Adolf Hitlerin savaş dəstələri mənasını verir.


Müəllif: Cavad