5 Noyabr 2017 08:37
1 591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən dəhşətli terror şəbəkələrindən birinə liderlik etmiş Usama Bin Ladenlə bağlı yeni detallar ortaya çıxıb.

Teleqraf.com xatırladır ki, bir müddət əvvəl ABŞ-ın Mərkəzi Kəşfiyyat Xidməti Əl-Qaidə lideri Bin Ladenin evindəki kompüterdə ələ keçirdiyi on minlərlə faylı açıqlayıb.

Bin Ladenin açıqlanan arxivinin 18 mini yazı, 79 mini səsyazısı, 10 mindən çoxu isə foto və videolardan ibarətdir. Arxiv məlumatlarından görünür ki, məşhur terrorçu özü barəsində yazılan və aparılan araşdırmaları izləyib.

Bin Ladenin arxiv materiallarından onun gündəlik yazıları da olub. O, 14 yaşında qardaşı ilə Avropa səfərinə çıxıb. Bu səfərlə bağlı təəssüratları və fotoları da var.

Digər maraqlı məqam odur ki, Bin Laden bir neçə ildən sonra cihad qərarı alaraq müsəlman ölkələrində səyahətdə olub. O, gündəliyinin 8-ci səhifəsində Türkiyəyə getdiyini yazıb. 1976-cı ildə Suriyadan avtobusla Türkiyənin Hatay regionuna keçib.

Türkiyəyə daxil olarkən üzərində tapança varmış.

Bin Laden adını çəkmədiyi bir şəhərdə mərhum Nəcməddin Ərbakanın partiyası olduğunu qeyd etdiyi Milli Salamat Partiyasında görüşlər keçirdiyini bildirib. Lakin kimlərlə görüşdüyünü, hansı məsələləri müzakirə etdiyini yazmayıb.

Açıqlanan videolarda isə Bin Ladenin evində toyuq, inək və itlərlə maraqlandığı, nəvələri ilə oynadığı bəlli olur. Öz davamçısı olaraq oğlu Həmzənin toy videosu isə Əl-Qaida liderlərinin bəzilərini üzə çıxarıb. Bin Ladenin oğlu Həmzənin toyunun İraqın bir kəndində edildiyi təxmin olunur.

Qeyd edək ki, Bin Laden Avropa səyahəti zamanı İngiltərədə qardaşı ilə birlikdə qısa ətək geyinən ispaniyalı qızlarla foto çəkdirib.


Müəllif: Cavad