5 Noyabr 00:58
181

Almaniyanın Düsseldorf şəhərində PKK tərəfdarlarının nümayişi polislə qarşıdurma ilə nəticələnib.

"Report" xəbər verir ki, bu barədə "Spiegel" jurnalı yazıb.

Qeyd olunur ki, nümayişçilər qadağaya baxmayaraq, aksiyaya PKK terror təşkilatının rəhbəri Abdulla Öcalanın portreti ilə gəliblər. Polisin nümayəndəsinin bildirdiyinə görə, hakimiyyət orqanları nümayişin başa şatdığını bildiriblər. Bundan sonra terrorçuların tərəfdarları hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar atmağa başlayıblar. Polis buna cavab olaraq gözyaşardıcı qazdan istifadə edib.

Qarşıdurma zamanı bir neçə nümayişçi saxlanılıb. Onların sayı barədə məlumat verilmir.
Qeyd edək ki, PKK Türkiyə, Almaniya və Avropa İttifaqı ölkələrində terror təşkilatı kimi tanınıb. Təşkilat uzun müddətdir Türkiyənin dövlət orqanlarına, hərbçilərə və dinc sakinlərə qarşı terror hücumları təşkil edir.


Müəllif: Teleqraf.com