13 Noyabr 2017 08:52
4 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paranormal Crucible” kanalı Yutub hostinqində virtual arxeoloqların Mars ilə bağlı sensasion tapıntılarının yer aldığı video çarx yerləşdirib.

Teleqraf.com xəbər verir ki, videoda diqqəti çəkən ilk obyekt Yer küərsində tapılmış minlərlə dinozavr skeletini xatırladır. Obyektin bəzi hissələrini daş adlandırmaq mümkün olsa da, kəlləsi açıq aydın sümükdəndir.

Videoda bundan başqa bəzi maraqlı tapıntıların da təsvirləri yer alıb:

Yer kürəsində milyon il qabaq yaşamış canlı varlıqlarınkına bənzəyən kəllə sümüyü, yadplanetlilərə aid olduğu güman edilən, bizə tanış olmayan quruluşa malik nəhəng, qəribə formalı kosmik gəmi, humanoid skeleti.
Müasir kompüter texnikasının köməyi ilə əldə edilmiş son dərəcə dəqiq təsvirlər hər kəsi şoka sala biləcək gücə malikdir. Virtual arxeoloqların əldə etdiyi eksponatların bolluğuna baxmayaraq, ortodoksal elm hələ də susur.

Baxıb öz nəticənizi çıxarmanız üçün videonu təqdim edirik.


Müəllif: Alpər Cəbrayıl