14 Noyabr 2017 08:05
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Miqrasiya naziri Aydan Özoğuz dekabrda keçiriləcək seçkilərdə Sosial Demokrat Partiyası sədrinin müavini postuna namizədliyini irəli sürməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə nazir özü bildirib:

“Sədrin müavini olmaq üçün namizədliyini irəli sürən Nataşa Kohneni dəstəkləyəcəyəm. Beləcə, cənubda təşkilatlarımızın güclənməsinə yol açılacaq”.

Qeyd edilir ki, Özoğuzun hazırda partiyada tutduğu posta SPD-nin Bavariya təşkilatının sədri Kohnendən başqa təşkilatın gənclər şəbəkəsinin lideri Johanna Ueckerman da namizəd olacaq. Özoğuz namizədliyini vermədiyi üçün əsas mübarizə bu iki şəxs arasında gedəcək. Görünən odur ki, Özoğuzun namizədlikdən geri çəkilməsi Johanna Ueckermanın seçilməsinə maneə olmaq məqsədi daşıyır.

Nataşa Kohnen gələn il Bavariya əyalət seçkilərinə partiyanın baş nazirliyə namizədi olaraq qatılacaq.

SPD rəhbərliyi düşünür ki, Kohnen partiyanın sədr müavini postuna gələrsə, buŞ Bavariya seçkilərində onun mövqelərini gücləndirəcək.

Qeyd edək ki, Aydan Özoğuz 4 ildir alman hökumətində miqrasiya naziri, 6 ildir isə SPD sədrinin müavini postunu tutur.


Müəllif: Cavad