14 Noyabr 15:11
537

İraq Kürd Muxtariyyəti müstəqillik referendumu məsələsində geriyə daha bir addım atıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, muxtariyyət rəhbərliyi İraq məhkəməsinin bölgənin müstəqilliyini əngəlləyən qərarına hörmətlə yanaşdığını bildirib: “Bu qərarın problemləri həll etmək yolunda Bağdad və Ərbil arasında dialoq qurmaq üçün təməl rolu oynayacağına inanırıq”.

Qeyd edək ki, müstəqillik referendum sentyabrın 25-də keçirilmişdi.


Müəllif: Samir