15 Noyabr 2017 00:19
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filippin Prezidenti Rodriqo Duterte ölkəsində narkotik maddələrin yayılmasını təşkil edən istənilən şəxsi öldürəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Duterte prezidentlik müddətinin son gününə qədər davam edən bir savaş apardığını bildirib.

Duterte yenə təhdid edib: "Əgər mənim ölkəmi məhv etmək istəsəniz, sizi öldürəcəm. Kasıb ölkəmizin yeganə resursu olan gəncləri məhv etsəniz, sizi öldürəcəm. Bundan şübhəniz olmasın”.

Qeyd edək ki, Dutertenin hakimiyyətə gəldiyi 2016-cı ilin may ayından Filippində narkotik ticarətində bilavəsitə və ya dolayı yolla əlaqəsi olan 2400 nəfər öldürülüb.


Müəllif: Teleqraf.com