15 Noyabr 2017 01:59
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin aviazərbələri nəticəsində İŞİD terror təşkilatının rəhbərliyində təmsil olunan Yusif Dəmir, qardaşı Ömər Dəmir, Əbu Yazin və Abdullah Hajjaou öldürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Ryan Dillon bildirib.

O qeyd edib ki, öldürülənlər İŞİD-in rəhbərliyində təmsil olunublar. Onların çoxu Suriyanın Raqqa şəhərində məhv edilib.


Müəllif: Teleqraf.com