16 Noyabr 2017 19:08
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada islam və müsəlman miqrantlara qarşı çıxış edən partiya sədrləri dekabrın 15-16-da Praqa da bir araya gələcək.

Teleqraf.com Çexiyada nəşr edilən “Pravo” qəzetinə istinadla xəbər verir ki, İslam və müsəlman köçkünlərə qarşı siyasətləri ilə ön plana çıxan Azadlıq və Demokratiya Partiyasının (SPD) lideri Tomio Okamura Avropa qitəsində islama qarşı çıxışları ilə məşhur olan siyasətçiləri Praqa keçiriləcək konfransa dəvət edib.

Tomio Okamura bildirib ki, Avropa Parlamentində Azadlıq və Beynəlxalq Avropa (ENF) qrupunun toplantısı dekabrın 15-də keçiriləcək.

Konfransa Fransa Milli Cəbhəsinin rəhbəri, aşırı sağçı Mari Le Pen, Hollandiyada qatı millətçi Azadlıq Partiyasının lideri Geert Vildetrs, İtaliyanın Şimal Birliyi Partiyasının rəhbəri Matteo Salvini, Avstiriya qatı sağçı Müstəqillik Partiyasının rəhbərliyi, habelə Rumuniya, Bolqarıstan və ingilis millət vəkilləri qatılacaq.

Qeyd edək ki, oktyabrda Çexiyada keçirilən seçkilərdə islama qarşı çıxışları ilə diqqəti çəkən SPD səslərin 10,64 faizini toplayaraq parlamentə daxil olub.


Müəllif: Cavad