17 Noyabr 2017 12:43
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə saxlanılan İŞİD terror təşkilatının silahlısı 47 yaşlı Əbdülxaliq Əbdülqədir Əli Kayseri prokurorluğunda ifadə verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, dindirilmə zamanı İraq polisinin əməkdaşı olan qardaşı Əbdülqədir Əbdülrəhman Əlini öldürdüyünü etiraf edib:
“Qardaşım İraq polisində işləyirdi. İŞİD-ə sadiqliyimi sübut etmək üçün əmirdən qardaşımı öldürmək əmri aldım. Qardaşımı öldürdüm və onların gözündə ucaldım. Silahımla onu başından vurdum. İŞİD-ə qarşı əməliyyatlardan əvvəl həyat yoldaşım və uşaqlarımı qohumumla Kayseriyə göndərdim. Bir ay sonra isə özüm Kayseriyə gəldim və polisə yaxalandım. Çox peşmanam”.


Müəllif: Samir