17 Noyabr 2017 21:55
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı hökuməti korrupsiyada ittiham olunaraq həbs edilən şahzadələrin fond birjalarındakı ticarət hesablarını dondurub.

Teleqraf.com-un məlumatına görə, ölkənin sərmayə bazarları rəhbərliyi həbsdə olan şahzadələrin və sahibkarların birja hesablarının dondurulmasını əmr edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Ali korrupsiyaya qarşı mübarizə komitəsi noyabrın 5-də aralarında 11 şahzadənin də olduğu nazirlər, hərbçilər və iş adamlarının saxlanılması barədə göstəriş verib. Ümumilikdə 208 nəfər istintaqa cəlb edilib. Həbs edilənlər arasında dünyanın ən varlı insanlardan biri şahzadə Əl-Valid bin Taləl də var.


Müəllif: Teleqraf.com