17 Noyabr 2017 22:39
1 776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu tanınmış jurnalist Rossiyana Markovskayanı mətbuat katibi təyin edib.

Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, təyinat noyabrın 15-də gerçəkləşib. 26 yaşlı gənc jurnalist indiyədək “Zvezda”, REN TV kimi telekanallarda çalışıb.

R.Markovskaya Uzaq Şərq Federal Universitetinin jurnalistika fakültəsinin məzunudur. O bu vəzifədə analıq məzuniyyətinə çıxan Darya Zatulinanı əvəz edib.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bu təyinat barədə rəsmi açıqlama verməyib.


Müəllif: Kәmalә