18 Noyabr 2017 00:39
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror qruplaşması Suriyanın Deyr əz-Zor şəhərində terror aktı törədib.

Teleqraf.com xəbər verir ki, terrorçular mərkəzi hökumətin nəzarətində olan Əl-Cafra bölgəsində bomba ilə yüklənmiş avtomobili partladıblar.

Nəticədə 20 nəfər ölüb, 30 nəfər isə yaralanıb.

Qeyd edək ki, İraq və Suriyada ağır məğlubiyyətlərə uğrayaraq mövqelərindən geri çəkilən İŞİD üzvləri son zamanlar kamikadzelik fəaliyyətlərini gücləndiriblər.


Müəllif: Teleqraf.com