18 Noyabr 2017 14:55
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi – Pentaqonun baş icraçı inspektoru Qlenn Fayn Birləşmiş Ştatların 2001-ci ildən Əfqanıstanda başladığı hərbi əməliyyatların xərcinin 679,8 milyard dollar təşkil etdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, Pentaqon rəsmisi Konqresin razılıq verdiyi Müdafiə Nazirliyinin 2018-ci maliyyə ili üçün büdcəsində hərbi əməliyyatlar üçün 64,6 milyard dollar ayrıldığını deyib.

O, əlavə edib ki, bu vəsaitin 45,9 milyard dolları Əfqanıstanda aparılan hərbi əməliyyatlara sərf olunacaq.


Müəllif: Səxavət