19 Noyabr 2017 16:37
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın "Hondo Motor" şirkəti 900 min avtomobilini geri çağırıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb arxa oturacaqdakı təhlükəsizlik kəmərlərində yaranmış problem göstərilib.

Məumatlara görə, bu səbəbdən 2011-2017-ci ildə istehsal olunan avtomobillər geri çağırılıb.

Qeyd edilib ki, bu nasazlıq səbəbindən baş verən qəzalarda 46 nəfər yaralanıb.


Müəllif: Sara