19 Noyabr 2017 15:34
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Strateji Qüvvələr Komandiri general Con Hiten Kanada təşkil olunan Halifaks Beynəlxalq Təhlükəsizlik Forumunda çıxış edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, jurnalistin ABŞ Prezidenti Donald Trampın nüvə silahından istifadə etmək niyyəti ilə bağlı sualını belə cavablandırıb:

"Biz çox ağıllı insanlarıq. Əgər prezident bunu etmək istəsə, ona qarşı çıxacağam və bunun qanundan kənar olduğunu deyəcəyәm. O məndən bu fəaliyyətin qanundan kənar olan hissəsini aydınlaşdırmağı tələb edəcək. Mən də beynəlxalq qanunları ona xatırladacağam".


Müəllif: Samir