19 Noyabr 2017 14:03
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar Ermənistan ordusu ilə bağlı yayılan məlumatlar açıq aydın göstərir ki, bu ölkənin vətəndaşları olan gənclər hərbi xidmətdən istənilən yolla boyun qaçırır və ordudan yayınırlar. Azacıq imkanı olanlar müxtəlif yollar tapıb xidmətə getmir, imkanı olmayanlar və məcburən xidmətə getməli olanlar isə hərbi hissələrini özbaşına tərk edirlər.

Bu günlərdə sosial şəbəkələrdə daha iki erməni hərbçinin fərarilik etdiyi barədə məlumat paylaşılıb.

Əlahiddə artilleriya alayının kiçik çavuşu Qriqor Şahnazaryan və əsgər Vreji Qriqoryan xidmət yerini özbaşına tərk ediblər. Hər iki hərbi qulluqçu barəsində cinayət işi açılıb, axtarış elan olunub./Report/


Müəllif: Teleqraf.com