19 Noyabr 2017 21:33
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ev dustaqlığında olan Zimbabve prezidenti Robert Muqabe aclıq aksiyasını dayandırıb.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, prezident ordunun tələbilə razı olduğunu və istefa verəcəyini bəyan esib.

Bununla belə Muqabe bildirib ki, onu özünün qurduğu partiyadan heç kim xaric edə bilməz: "Mənə qarşı çox böyük haqsızlıq edilir. Təkbaşına bu haqsızlıqla sonadək mübarizə aparacam".

Qeyd edək ki, bu gün Zimbabvenin hakim Afrika Milli İttifaqı - Vətənpərvər Cəbhə Partiyasının Mərkəzi Komitəsinin xüsusi iclası keçirilib. İclasda ölkənin 93 yaşlı prezidenti R. Muqabe partiyanın sədri postundan kənarlaşdırılıb. Partiyanın yeni sədri ölkənin sabiq vitse-prezidenti Emmerson Mnanqaqva seçilib. Noyabrın 6-da məhz E. Mnanqaqvanın vitse-prezident postundan uzaqlaşdırılmasından sonra ölkədə siyasi böhran yaranıb.


Müəllif: Teleqraf.com