20 Noyabr 2017 10:14
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Hizbullah liderlərinə qarşı sui-qəsd həyata keçirəcəyi iddia edilir.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə Küveytin “Al Rai” qəzeti çıxış edib.

Bundan sonra Hizbullah, ona qarşı baş verəcək hücumlardan sığortalanmaq üçün fövqəladə fəaliyyətə keçib.

İsrail Hizbullahı və Livanı vurmaq üçün hazırlıqlar həyata keçirərkən Hizbullah da fəaliyyətini ikiqat gücləndirib. İlk öncə Hizbullah liderlərinin mühafizəsi gücləndirilib.

Xatırladaq ki, ötən həftə Hizbullahın lideri Həsən Nəsrullah Səudiyyə Ərəbistanının Livana savaş elan etdiyini deyib, İsrailin Livana hücumlar təşkil etmək niyyətində olduğunu açıqlayıb.


Müəllif: Cavad