20 Noyabr 2017 17:17
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan İsraillə bağlamaq istədiyi raket anlaşmasından imtina edib.

Teleqraf.com xəbər verir ki, bu haqda “İndian Ekspress” qəzeti Müdafiə Nazirliyindəki mənbəyə istinadən xəbər yayıb.

Xəbərə görə, Dehli hökuməti 500 milyon dollar qiyməti olan tank əleyhinə raket sistemi almaqdan vaz keçib. Hindistan bu silahı özü istehsal etməyi planlaşdırır.

Bu layihənin dayandırılmasından sonra İsrail silah şirkəti Rafael və Hind Kalyan Qrupu müştərək raket istehsal edəcək.

Qeyd edilir ki, iki ölkə arasında silah müqaviləsi haqda danışıqlar 2014-cü ildən başlayıb.


Müəllif: Cavad