20 Noyabr 2017 17:25
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə seçkilərin 1-ci və 2-ci turu başa çatıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 1-ci turun nəticələrinə əsasən, hazırkı sədr İsmayıl Qəhrəman 260 səslə liderliyi ələ alıb.

Zəkəriyə Təmizəl 113 səslə ikinci, Cəlal Adan 40 səslə üçüncü, Səlma İrmak 39 səslə dördüncü, Tamer Dağlı 38 səslə beşinci, Yusif Halacoğlu isə 6 səslə altıncı olub.

İkinci turun nəticələrinə görə isə, İsmayıl Qəhrəman 257, Zəkəriyə Təmizəl 122, Cəlal Adan 40, Səlma İrmak 38, Tamer Dağlı 37, Yusif Halacoğlu isə 7 səs toplayıb.

Bu seçkilərin ilk iki turunda namizədin 367 deputatdan 2/3-nün səsini toplaması vacibdir. Üçüncü turda namizəd 276 səs çoxluğunu keçməlidir. Ən çox səs alan 2 namizəd 4-cü turda yarışır.


Müəllif: Samir