20 Noyabr 2017 18:59
2 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO tədbirində Türkiyəyə qarşı daha bir rəzilliyə imza atılıb.

Teleqraf.com xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulisi Akar Kanadada keçirilən Halifax Beynəlxalq Təhlükəsizlik Formunda iştirak edir.

Türk generalın forumda planlaşdırdığı çıxışdan əvvəl forumun Tvitter hesabında Hulisi Akarın bir fotosu yayılıb. Bu, generalın FETÖ-nün dövlət çevrilişinə cəhdi zamanı çəkilən və boğazında kəndir izi olan fotosudur.

Məhz bu fotonunun bilərəkdən seçildiyi və bunun bir mesaj olduğu iddiası ortaya çıxıb.


Müəllif: Cavad