21 Noyabr 2017 00:50
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən məşhur təriqət lideri və silsilə qətillər törətməkdə ad çıxaran Carles Manson 83 yaşında ölüb.

Teleqraf.com xəbər verir ki, təriqət üzvlərini müxtəlif narkotik maddələrlə nəzarət altında saxlayan Carles Manson xəstaxanada vəfat edib.

Qeyd olunur ki, 1969-cu ildə Manson tərəfindən yaradılan və manson ailəsinin silsilə qatilinin rəhbərliyi altında yeddi nəfər öldürülüb. Lakin cinayətlərin Carles Manson tərəfindən təşkil edilməsi haqqında heç bir sübut olmayıb.

Öldürülən şəxslərdın biri məşhur rejissor Roman Polanskinin həyat yoldaşı, aktirisa Şeron Tate olub.
Buna baxmayaraq, qətllərə görə, Manson günahkar elan edilib və 1971-ci ildə ömürlük həbsə məhkum edilib.

ABŞ mediası qeyd edib ki, Manson noyabrın əvvəllərində xəstəxanaya gətirilib və bu günlərdə vəfat edib.

O da bildirilir ki, Manson dünyanın ən yaşlı qatili idi.


Müəllif: Cavad