20 Noyabr 2017 19:55
1 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Nazirlər Kabinetinin toplantısı keçirilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, toplantıdan sonra hökumətin sözçüsü Bəkir Bozdağ açıqlama verib.

O, iclasda bir neçə gün öncə Norveçdə baş verən NATO qalmaqalının müzakirə edildiyini bildirib:

“İclasın sonunda Türkiyənin NATO-nun tədbirlərində iştirak etməsi ilə bağlı qərar verilib. Ancaq buna baxmayaraq, bu, NATO tarixinin ən böyük qalmaqallarından biridir və qəbuledilməzdir. Bu, 80 milyon türkə və Türkiyə hökumətinə, eləcə də Atatürkə və Ərdoğana hörmətsizlikdir. Üzrü qəbul etdik. Ancaq bu araşdırmaların sonlandırılması demək deyil. Hadisənin təqsirkarları cəzalandırılmalıdır”.

Qeyd edək ki, hadisə noyabrın 17-də NATO-nun Norveçdəki təlimləri zamanı baş verib. Adı açıqlamayan zabit düşmən hədəfinin üzərinə Ərdoğan və Atatürkün fotolarını yapışdırıb.

Bununla əlaqədar olaraq Ərdoğan təlimdə iştirak edən 40 türk əsgərini geri çağırıb.


Müəllif: Samir