21 Noyabr 2017 00:23
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin ictimai yerlərdə olan tualetlərin əsaslı şəkildə təmiri üçün dövlət proqramının müddətini daha 3 il uzadıb.

Teleqraf.com xəbər verir ki, 2015-ci ildən icrasına start verilən proqram çərçivəsində 68 min tualet yenilənib.

Çin Milli Turizm Agentliyinin məlumatına görə, ölkədə turizm inkişaf etdiyindən tualetlərin də zamanın müasir tələblərinə uyğunlaşdırılmasına ehtiyac var. Gələcək 3 ildə turizm bölgələrində on minlərlə yeni tualetlər tikiləcək, mövcud olanları isə modernləşdiriləcək.


Müəllif: Teleqraf.com