21 Noyabr 2017 10:31
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:16

Suriya Prezidenti Bəşər Əsəd Rusiyaya rəsmi səfərə gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Görüş zamanı Bəşər Əsəd Suriyadakı son vəziyyətlə bağlı Putini məlumatlandırıb. Onun sözlərinə görə, Suriya ordusu Rusiyanın köməyi ilə ölkənin ərazi bütövlüyünü və müstəqilliyini tam bərpa edə bilib.

Rusiya prezidenti həmkarını Suriyada terrorçuluqla mübarizədə əldə etdiyi qələbə münasibətilə təbrik edib. O bildirib ki, bu mübarizədə Suriya xalqı böyük şücaət göstərib.

Liderlər görüş zamanı ikitərəfli əməkdaşlıq və hərbi texniki məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, sabah Soçidə Rusiya, İran və Türkiyə prezidentlərinin görüşü keçiriləcək. Görüş zamanı Suriya böhranı müzakirə ediləcək. Bəşər Əsədin bu toplantıdan əvvəl Putinlə görüşü isə gözlənilməz olub.

***

10:02

Suriya Prezidenti Bəşər Əsəd böhran tərəfləri ilə siyasi müzakirələrə hazırdır.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Əsədlə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib:
“Fikrimcə, indi əsas olan siyasi prosesə keçidi təmin etməkdir.”.

Putin görüş zamanı yaxın vaxtlarda Suriyada terrorçuluğa son nöqtə qoyulacağına inandığını bildirib:
“Güman edirəm ki, bu, yaxın vaxtlarda baş tutacaq və hərbi əməliyyatlar sona çatacaq. Ancaq yaxşı bilirik ki, terrorçuluğun kökünü tam kəsmək üçün bir neçə il də lazımdır”.

Putin Əsədlə Soçidə Suriya böhranının tərəfləri arasında baş tutacaq görüşü də müzakirə edib. Suriya prezidenti Soçidə planlaşdırılan görüşü yüksək qiymətləndirib və bildirib ki, bu, böhran tərəfləri arasında razılığın əldə edilməsi üçün geniş imkanlar yaradacaq.

***

Rusiya Prezidenti Vladimir Putin ilə suriyalı həmkarı Bəşər Əsəd arasında Soçidə baş tutan görüş gərgin keçib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Putinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, görüş 4 saat davam edib.


Müəllif: Samir