25 Aprel 2014 13:40
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Con Kerri Kremli Ukraynanın şərqindəki gərginliyi artırmasına görə kəskin tənqid olunan bəyanatla çıxış edib.

Kerri, rəsmi Moskvanı separatçıları maliyyələşdirməkdə və silahlandırmaqda, eyni zamanda iğtişaşlar təşkil etməkdə ittiham edib.

Amerika Dövlət Katibinin sözlərinə görə, Cenevrə razılaşmasından bir həftə ötməsinə baxmayaraq, Rusiya regionda vəziyyətin sabitləşməsi üçün müəyyən addımlar atmaq əvəzinə, gərginlik yaratmaqla məşğuldur. “Görünür ki, razılaşmaların yerinə yetirilməsi məsələsində sözünü tutan yalnız Ukrayna tərəfi oldu”, - deyə, dövlət katibi bildirib.

Con Kerri Amerika kəşfiyyatının məlumatlarına əsaslanaraq, Ukraynanın şərqində Rusiya agentlləri və hərbiçiləri fəaliyyət göstərdiyini qeyd edib.

“Heç kimdən çəkinmədən separatçıları Rusiya tərəfindən silahlanır, maliyyələşdirilir, koordinasiya olunur” - , Kerri bəyan edib.

Dövlət katibinin sözlərinə görə, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda Moskva Vaşinqtonun əlavə sanksiyalarla üzləşəcək.

“Atdığı addımların istiqamətini dəyişmək üçün, Moskva seçim qarşısındadır, dialoq üçün açdığımız pəncərə artıq qapanmaq üzrədir. Əgər Rusiya öhdəliklərin yerinə yetirilməsi yolunu seçsə, dünya birliyi onu dəstəkləyəcək. Əks halda, Rusiya etdiklərininin qiymətini ödəməli olacaq. Bu gün prezident Obama təsdiqlədi ki, ABŞ hər an hərəkət etməyə hazırdır”, - deyə, Kerri bəyan etdi.

Kerrinin sözlərinə görə, prezident Vladimir Putinin “fantaziyalarını yaymaqda” ona Kremlin himayəsi altında olan KİV-lər yardım edir.

Dövlət Katibinin bu dəfəki çıxışı sərtliyi ilə diqqət çəkib. Belə ki, Kerri Rusiya hakimiyyətini və Kremlin Ukraynadakı siyasətini kəskin şəkildə pisləyib.

“Ceverə görüşündən bir həftə sonra aydın olur ki, yalnız bir tərəf sözünü tutur”, - deyə, Kerri rəsmi Kiyevin Pasxa müddətində anti-terror əməliyyatlarını dayandırmaq haqda verdiyi qərarı və ölkənin şərqində yaşayan sakinlərə əl uzatmasını nəzərdə tutub.

Onun sözlərinə görə, Rusiya düzgün istiqamətdə addımlamır. “Heç bir Rusiya məmuru Ukrayna televiziyasının efiringəlməyib və Cenevrə razılaşmasına görə əsas tələb olan çağırışı, yəni separatçıları silahı təhvil vermək və tutulmuş binaları boşaltmaq haqda etməyib”, - deyə, dövlət katibi bildirib.

ABŞ Dövlət katibi eyni zamada Rusiya prezidenti Putinin cümə axşamı Sankt-Peterburqda mediaforumda çıxışı zamanı interneti “Mərkəzi Kəşfiyyat İdarəsinin xüsusi layihəsi” adlandırmasına münasibət bildirib.

“Rusiya liderləri “İnternet Mərkəzi Kəşfiyyat İdarəsinin dünyaya nəzarət etmək üçün kəşf olunub” kimi çirkin bəyanatlar verməklə, əməllərinə bəraət qazandırmaq istəyirlər”, o əlavə edib.

Moskva isə cavabında Vaşinqtonu “baş verənlərə görə bütün məsuliyyətin ağırlığını anlamağa” çağırıb.


Müəllif: Teleqraf.com