21 Noyabr 2017 11:53
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədlə birlikdə Rusiya Müdafiə Nazirliyinin generalları ilə görüşüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüş zamanı Rusiya ordusunun Suriyadakı fəaliyyəti müzakirə edilib.

Görüş çərçivəsində Putin Əsədə rus qırıcılarının Suriyadakı deskalasiya zonasına zərbə endirmədiyini sübut edən sənədləri təqdim edib.

Putin bildirib ki, Rusiya heç zaman Suriyada humanitar faciəyə imkan verməyəcək.


Müəllif: Samir