21 Noyabr 2017 17:28
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin onlarla əməkdaşı dövlət katibi Reks Tillerosonun ünvanına ittiham səsləndiriblər.

Teleqraf.com “Röyter” agentliyinə istinadla xəbər verir ki, onlar Tillersonu qanunları pozmaqda günahlandırıblar.

İttihama səbəb Reks Tillersonun İraq, Myanma və Əfqanıstanın azyaşlıları döyüşlərə cəlb edən ölkələr siyahısından çıxarılması ilə bağlı qanun layihəsi hazırlamasıdır:

“ABŞ qanunlarını pozmaqla yanaşı, bu layihə departamentin məruzə və analitik sənədlərinin etibarlılığının, eləcə də azyaşlıların istimarı, onların döyüşlərdə iştirakını qadağan edən prinsiplərin zəifləməsinə səbəb olacaq”.

Qeyd edək ki, məlum layihə bu ilin iyununda hazırlanıb.


Müəllif: Samir