21 Noyabr 2017 17:37
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Kərkük şəhərinin Tuzhurmatu rayonunda güclü partlayış baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, partlayışın insanların sıx məskunlaşdığı Elasker məhəlləsindəki bazarda meydana gəldiyi bildirilib.

Hadisə zamanı azı 10 nəfər ölüb, 100 nəfər yaralanıb.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.


Müəllif: Samir