21 Noyabr 2017 22:35
1 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Binəli Yıldırım Antaliyada Beynəlxalq E-Ticarət Konfransında çıxışı zamanı daha öncə üzləşdiyi dialoqu iştirakçılarla bölüşüb.

Teleqraf.com xəbər verir ki, B.Yıldırım bir müddət öncə doğulduğu Ərincana gedib və kəndlərini ziyarət edib. Bu zaman yaşlı qadın B.Yıldırımdan kəndə internetin çəkilməsini istəyib.

"Yaşlı qadın dedi ki, yollarımızı düzəltdin, sularımız axır, digər ehtiyaclarımız ödənilir, Allah razı olsun! Anna kəndə ADSL çəkilməyib. ADSL-in nə olduğunu soruşdum. Təəccüblənən qadın "oğlum, nazir olsan da, cahil qalmısan. Kim bilir, bəlkə də mesencerdən də başın çıxmır", deyə bildirib.

Baş nazirin danışdığı bu əhvəlat konfrans iştirakçılarının gülüşünə səbəb olub.


Müəllif: Teleqraf.com